27 Sentyabr - Anım Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının nümayəndələri Bakıda Zəfər parkını ziyarət ediblər.
Partiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ziyarət zamanı xatirə daşının önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.