İran Prezidenti Məsud Pezeşkian qadınların hicaba məcbur edilməsinə qarşı çıxıb.
Bu barədə o, “NBC Nyus” kanalının aparıcısı Tom Lamasa müsahibəsində bildirib.
“İnsanların seçim hüququ var. Biz daxili problemlərimizi düzgün idarə etmədik”, - deyə Pezeşkian üç il əvvəl İranın əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra ölümü ümummilli etirazlara səbəb olmuş Məhsa Əmini ilə bağlı sualı cavablandırarkən deyib.
Pezeşkian bu hadisə fonunda həmçinin əlavə edib ki, hər bir insan həyatı qiymətlidir: “Ancaq Livanda, Qəzzada, Fələstində, Yəməndə, Suriyada hər gün yüzlərlə insan ölür və heç kim gözünü qırpmır. Niyə? Onlar insan deyil?"