RU

Tarixi ziyafətdən tarixi foto

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi 27 Sentyabr – Azərbaycan Respublikasında Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.

Bu barədə 525.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və suverenliyin bərqərar olunmasında canlarını fəda etmiş şəhidlərimizin xatirəsi yad edilib, Parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzülüb.

Qeyd edək ki, cənab Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə təsis edilmiş Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
525.az

1Источники