RU

ETSN kollektivi şəhidlərin əziz xatirəsini yad etdi

27 sentyabr - Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin rəhbərliyinin və kollektivinin iştirakı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub, yerli torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib. Daha sonra Zəfər parkı ziyarət edilib, Zəfər abidəsinin önünə gül dəstələri qoyulub, şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib. Anım günü çərçivəsində Nazirlikdə şəhidlərin xatirəsinə həsr olunmuş tədbirdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad olunub, onların göstərdiyi şücaətin Azərbaycan xalqı üçün əbədi qürur mənbəyi olduğu vurğulanıb.

Избранный
18
13
axar.az

10Источники