RU

Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi sentyabrın 27-də saat 12:00-da Kəlbəcər rayonunda bir dəqiqəlik sükutla yad olunub.

“Cebheinfo.az” xəbər verir ki, sükut zamanı nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib.

Rayon sakinləri şəhid əsgər və zabitlərin ruhu qarşısında dərin ehtiramla baş əyiblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərin, bütün şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.

“Cebheinfo.az”

Избранный
25
7
cebheinfo.az

7Источники