2011‑ci ildə Dərada baş verən hadisələrlə bağlı ittihamlarda təqsirli bilinən Suriya Prezidenti Bəşər Əsəd barəsində qiyabi həbs qərarı verilib.Bu barədə hakim Tofiq Əl-Əli SANA-ya bildirib.
Bu qərar devrilmiş rejimə qarşı yönəlmiş ittihamları — qəsdən adam öldürmə, ölüm ilə nəticələnən işgəncə və digər cinayətləri əhatə edir.
Hakim qeyd edib ki, məhkəmənin qərarı İnterpol vasitəsilə beynəlxalq “qırmızı bülleten”in verilməsinə və beynəlxalq təhqiqatın aparılmasına səbəb olacaq.
Bəşər Əsəd 2000‑ci ildən Suriyanın prezidenti olub. O, ötən il dekabrın 7‑də silahlı müxalifət tərəfindən hakimiyyətdən uzaqlaşdırılıb.