RU

“Mançester Siti”nin ulduzu Azərbaycana qarşı oynayacaq?

ain.az, News24 saytına istinadən bildirir.

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibi Fransa yığmasında bir futbolçu vaxtından tez zədəsini sağalda bilər.

News24.az yerli mətbuata istinadən xəbər verir ki, Rayan Şerki artıq sağlamlığına qovuşub.

Avqustun sonlarında sıradan çıxan “Mançester Siti”nin yarımmüdafiəçisinin təxminən 8 həftəlik sıradan çıxdığı açıqlanmışdı.

Həkimlər onun seçmə mərhələ çərçivəsində Azərbaycan və İslandiya ilə oyunlarda iştirakının mümkünsüzlüyünü bildirmişdilər.

Lakin 22 yaşlı hücumameyilli oyunçunun gözləniləndən tez sağalması həm Xosep Qvardiolanı, həm də Didye Deşamı sevindirib.

Şerkinin oktyabrın 1-də Çempionlar Liqası çərçivəsində “Monako” ilə matçda iştirakı istisna edilmir. Oyunçu “Mançester Siti”nin heyətində oktyabrın ilk günlərindəki matçlarda iştirak etsə, o zaman Fransa yığmasına da çağırılacaq.

Fransa yığması oktyabrın 10-da Azərbaycan, 13-də isə İslandiya ilə qarşılaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
2
news24.az

3Источники