Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında daha bir futbol matçı keçirilib.
Modern.az xəbər verir ki, günün ikinci oyununda Rusiya və Belarus yığmaları üz-üzə gəliblər.
Görüş qolsuz heç-heçə ilə başa çatıb.
İlk qarşılaşmada Azərbaycan yığması Tacikistanı minimal hesabla üstələyib - 1:0.
Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.