RU

27 Sentyabr - Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycanın Özbəkistandakı səfirliyi və nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, səfirlikdə keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb, foyedəki abidəsi önünə çiçək dəstələri qoyulub, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən “Zəfərə aparan yol” adlı fotosərgi təqdim olunub.

Sərgidə torpaqlarımızın işğaldan azad edilməsi, erməni işğalçılarının torpaqlarımızda həyata keçirdiyi vandalizm öz əksini tapıb.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev sentyabrın 27-nin Azərbaycan tarixindəki rolundan danışıb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin hörmətlə anıldığını qeyd edib.

Səfir Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ordumuzun şücaəti nəticəsində əldə etdiyimiz Qələbənin ölkəmizin tarixində yeni dövr açdığını, bölgədəki reallıqları dəyişdiyini və beynəlxalq ədalətin bərqərar olduğunu iştirakçıların diqqətinə çatdırıb. O, Azərbaycan xalqının erməni işğalçılarının 30 ilə yaxın davam edən təcavüzünə qarşı yumruq kimi birləşdiyini və buna cavab olaraq Vətən müharibəsi apardığını, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa etdiyini, Vətən torpaqlarının azad olunduğunu bildirib.

Diplomat torpaqlarımızın azad edilməsi uğrunda qəhrəman oğullarımızın rəşadəti haqqında məlumat verərək 44 günlük Vətən müharibəsində Qələbənin şəhidlərimizin qəhrəmanlığı və rəşadəti hesabına qazanıldığını vurğulayıb.

 

Избранный
10
1
azertag.az

2Источники