RU

27 Sentyabr - Anım Günü Düşənbədə qeyd olunub

Azərbaycanın Tacikistandakı səfirliyində 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib, mətbuat konfransı təşkil olunub.

Tədbirdə səfirliyin əməkdaşları, Azərbaycan icmasının nümayəndələri, tələbələr, jurnalistlər iştirak edib. 

Tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov bildirib ki,  Azərbaycan Prezidentinin Sərəncamına əsasən 27 sentyabr hər il ölkəmizdə Anım Günü kimi qeyd olunur, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunur. Səfir 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın 30 illik işğalına son qoyulduğunu, Azərbaycanın ərazi bütövlüyünün və bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarının təmin edildiyini bildirib. 

Ə. Əskərov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə güclü ordu qurulduğunu, ölkəmizin iqtisadi əsaslarının möhkəmləndirildiyini, Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artdığınnı qeyd edib, Azərbaycan xalqının müzəffər xalq, Azərbaycan dövlətinin qalib dövlət kimi regionda yeni reallıq yaratdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Səfir regionda sülhün bərqərar olması istiqamətində atılan addımlardan söz açaraq avqustun 8-də Azərbaycan ilə Ermənistan arasında Vaşinqtonda sülh sazişinin paraflanmasının bölgə üçün tarixi əhəmiyyət daşıdığını qeyd edib. Bununla Cənubi Qafqazda sabitlik və əməkdaşlıq üçün yeni imkanlar açıldığı diqqətə çatdırılıb. Azərbaycanın irəli sürdüyü sülh təşəbbüslərinin təkcə iki ölkənin deyil, bütövlükdə regionun firavan gələcəyinə xidmət etdiyi vurğulanıb.

Tədbir çərçivəsində videoçarx nümayiş etdirilib, həmçinin anım günü ilə əlaqədar yaradılmış guşədə fotoşəkillər nümayiş olunub.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Düşənbə

Избранный
10
2
xalqqazeti.az

3Источники