RU

“Sağlam həyat tərzi” Alt İşçi Qrupunun ilk iclası keçirilib

“Azərbaycan Respublikasının 2027–2030-cu illər üçün sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması çərçivəsində Naxçıvan Muxtar Respublikası üzrə yaradılmış “Sağlam həyat tərzi” Alt İşçi Qrupunun ilk iclası keçirilib.

Alt İşçi Qrupu Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən yaradılıb, qrupun rəhbəri vəzifəsi Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri cənab Samiq Sadıxova həvalə edilib. 

İclasda Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri sağlam həyat tərzinin təşviqi sahəsində atılan addımlar, əhalinin sağlamlığının qorunması və profilaktik tədbirlərin əhəmiyyəti barədə geniş məlumat verib. Bildirilib ki, muxtar respublikada həyata keçirilən məqsədyönlü siyasət nəticəsində vətəndaşların rifah halının yaxşılaşdırılması, sağlam həyat tərzinin təşviqi və ictimai səhiyyənin gücləndirilməsi istiqamətində mühüm nəticələr əldə olunub.

İclas zamanı sağlam həyat tərzinin təşviqinə yönəlmiş bir sıra mühüm məsələlər müzakirə olunub. Qeyd edilib ki, əhalinin keyfiyyətli və təhlükəsiz içməli su ilə təmin olunması, təmiz havanın insan sağlamlığına təsiri, düzgün və balanslaşdırılmış qidalanmanın fiziki və intellektual inkişafa rolu, erkən yaşlardan fiziki aktivliyin təşviqi və təhsil müəssisələrində idman dərslərinin keyfiyyətinin artırılması, eləcə də ilkin tibbi-sanitariya xidmətlərinin əlçatanlığının genişləndirilməsi əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayır.

Çıxış edən iştirakçılar müxtəlif sahələr üzrə görülən işlər, mövcud çağırışlar və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər. Qurumlararası əməkdaşlığın gücləndirilməsi və koordinasiyalı fəaliyyətin vacibliyi xüsusi vurğulanıb.

İclasın sonunda birgə fəaliyyətin davam etdirilməsi, qarşıda duran vəzifələr və icra mexanizmləri ilə bağlı təkliflər səsləndirilib və müvafiq tövsiyələr irəli sürülüb.

Qeyd edək ki, iclasda Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini,  Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının nümayəndəsi, Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər, Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini, Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini iştirak ediblər.

Избранный
5
3
xalqqazeti.az

4Источники