RU

Şirvanda Anım Günündə mindən çox ağac əkilib

ain.az bildirir, Azertag portalına istinadən.

Şirvan, 27 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan şəhərində 27 Sentyabr – Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib.

Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi, daha sonra Şəhidlər xiyabanı və “Şəhid anası” memorial abidəsi ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub. Çıxış edənlər 27 sentyabrın Anım Günü elan edilməsinin şəhidlərin müqəddəs xatirəsinə ehtiramın ən yüksək təzahürü olduğunu vurğulayıblar. 44 günlük Vətən müharibəsinin gedişindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə qazanılan tarixi Zəfərdən bəhs edilib.

Saat 12:00-da Şirvanda da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən siqnallar verilib. Daha sonra məktəblilər Anım Gününə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Şəhid məzarları və Milli qəhrəmanlar Rəfael Həbibov, Tahir Bağırov və Nofəl Quliyevin büstləri ziyarət olunub.

Eyni zamanda Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev prospektində və Məhəmməd Füzuli adına parkda ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində 1000-dən çox Eldar şamı və sərv ağacı əkilib, ərazilərdə abadlıq və təmizlik işləri aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
2
azertag.az

3Источники