RU

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Gəncə Stadionunun açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına stadion barədə məlumat verildi.

Bildirildi ki, ərazisi 10 hektardan çox olan stadionun tamaşaçı tutumu 15 min 343 nəfərdir. Ərazidə AFFA tərəfindən köməkçi məşq meydançaları və futbol akademiyasının binası tikilib. Stadionda futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və digər zəruri sahələr yaradılıb. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən arena müasir işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik sistemləri ilə təchiz olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü ilin oktyabrında stadionun tikintisi ilə bağlı Sərəncam imzalayıb. Onun təməli isə ötən ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulub. Bu ilin avqustunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadionda aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.

Beynəlxalq səviyyədə idman ölkəsi kimi nüfuzunu getdikcə möhkəmləndirən Azərbaycanın bölgələrində bu sahənin inkişafı dövlətimizin prioritet istiqamətlərindən biridir. Son illərdə regionlarda tikilən və yenidən qurulan idman kompleksləri yerlərdə idmanın kütləviləşməsinə mühüm töhfə verir, gənc nəslin sağlam böyüməsində əhəmiyyətli rol oynayır. Eyni zamanda, Azərbaycan müntəzəm olaraq qitə və dünya miqyaslı mötəbər idman yarışlarına ev sahibliyi etməklə, özünün yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirir. Belə müasir idman arenalarının istifadəyə verilməsi ölkəmizin digər bölgələrində olduğu kimi, Gəncədə də istər yerli, istərsə də beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsinə hərtərəfli şərait yaradacaq.

DOĞRU.AZ

image-17589678716107427337_1200x630 image-17589678712285864339_1200x630 image-17589678711698228289_1200x630 image-1758967871956124480_1200x630 image-17589678713114662487_1200x630 image-1758967871672241211_1200x630 image-17589678716198815169_1200x630 image-1758967871518354569_1200x630 image-17589678712324449092_1200x630 image-17589678714304555407_1200x630 image-1758967871277379177_1200x630 image-17589678713778551938_1200x630 image-17589678715669432717_1200x630 image-1758967871180493139_1200x630

Избранный
15
49
dogru.az

10Источники