Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Böyük Britaniyadan olan manikür ustası Monika Stili hesab edir ki, müştərilərin dırnaqları və əlləri onlar haqqında göründüyündən daha çox məlumat verə bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, onun sözlərinə görə, dırnaqların vəziyyətinə görə insanın gigiyenaya nə dərəcədə diqqət etdiyini asanlıqla müəyyən etmək mümkündür.
"Elə müştərilər olur ki, dırnaqlarının altında dünənki şam yeməyinin, kosmetikanın, çərşənbə axşamı yediyi acı çipslərin, hətta səhər itlə gəzintidən sonra qalan izləri belə, görmək olur", – deyə mütəxəssis bildirir.
Bundan əlavə, Stili iddia edir ki, əllərin qoxusuna və dırnaqlardan çıxarılan materiala görə insanın siqaret çəkib-çəkmədiyini, evinin təmizliyini, evdə kiçik uşaqların və ya baxımsız ev heyvanlarının olub-olmadığını, həmçinin dəsmalların nə qədər tez-tez yuyulduğunu anlamaq mümkündür.
"Əgər müştəri şəxsi gigiyenaya qüsursuz əməl edirsə, dırnaqlarının altı təmiz olur və əllərindən yalnız ətir qoxusu gəlir", – deyə Monika fikrini yekunlaşdırıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.