RU

BMT-də 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı çağırış edildi

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT-nin Baş Assambleyasının 80-ci sessiyasında itkin düşən 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı çağırış edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə XİN-in rəsmi “X” hesabında məlumat dərc olunub.

Məlumata görə, E.Məmmədov sessiya çərçivəsində “Silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər: Cavabların axtarışının genişləndirilməsi” mövzusunda Yüksək Səviyyəli Görüşdə iştirak edib.

Nazir müavini çıxışında Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinə diqqət çəkib, həqiqətin və ədalətin təmin olunması üçün beynəlxalq səylərin gücləndirilməsinə çağırıb.\\“Unikal” 

 

Избранный
11
10
nocomment.az

10Источники