III MDB Oyunları çərçivəsində keçirilən stolüstü tennis yarışlarında fərdi görüşlərə start verilib.
Publika.az xəbər verir ki, qızların fərdi yarışında tennisçimiz Mərziyə Nurmətova özbəkistanlı rəqibi Məftunə Gulimovanı 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib.
Digər idmançı Yağmur Məmmədli isə yarımfinalda rusiyalı rəqibi Alina İlimbetovaya uduzub - 1:3.