RU

Bu tarixdən minimum əməkhaqqı və təqaüdlər artacaq? Açıqlama

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Azərbaycanda gələn ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başlayıb. Cəmiyyətin əsas gözləntilərindən biri minimum əməkhaqqı və yaşayış minimumunun artırılması ilə bağlıdır. Artımın hansı həcmdə olacağı və inflyasiya fonunda real gəlirlərə necə təsir göstərəcəyi xüsusilə diqqət çəkir.

Ekspertlər hesab edirlər ki, sosial müdafiə tədbirləri ilə iqtisadi sabitlik arasında balansın qorunması hökumət üçün əsas prioritet olacaq.

Bəs minimum əməkhaqqı və yaşayış minimumu növbəti ildə nə qədər arta bilər və bu dəyişiklik əhalinin real rifahına təsir göstərəcəkmi?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli bu məsələdə bir problemin olduğunu qeyd edib.

O, Azərbaycanda gələn ilin dövlət büdcəsinin ilkin parametrlərinin açıqlandığını vurğulayıb:

“Maliyyə Nazirliyinin məlumatına görə, büdcənin gəlir hissəsi təxminən 67 milyon manat, xərclər isə 146 milyon manat artır.

Natiq Cəfərli

Bu rəqəmlərə baxdıqda minimum əməkhaqqı və minimum təqaüdlə bağlı ciddi artımların olub-olmayacağı sual altında qalır. Təəssüf ki, gələn ilin yanvarın 1-dən hansısa ciddi, nəzərəçarpacaq və insanları məmnun edəcək artımların olması ehtimalı o qədər də böyük deyil”.

Natiq Cəfərli deyib ki, büdcə sənədi əvvəlcə prezidentə təqdim olunacaq, sonra parlamentdə müzakirəyə çıxarılacaq:

“Prezidentin əlavə qeydləri və ya deputatlar tərəfindən ediləcək dəyişikliklər yekun sənəddə artımların səviyyəsinə təsir edə bilər. Lakin gələn il üçün böyük sosial artımlar gözləmək çətindir”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
globalinfo.az

1Источники