Qəbələ, 27 sentyabr, AZƏRTAC
Doğma divarlar arasında yarışmaq məsuliyyət tələb edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri III MDB Oyunlarında finala yüksələn Azərbaycanın stolüstü tennisçisi Mərziyə Nurmətova deyib.
Yarımfinalda özbəkistanlı Məftunə Qulimovaya hər üç setdə qalib gələn idmançı yarışın gərgin mübarizə şəraitində keçdiyini bildirib: “Ev sahibi olduğumuz üçün həyəcan daha çox idi. Qarşıma finala çıxmaq məqsədi qoymuşdum. Şükürlər olsun ki, hədəfimə çatdım. Komanda yarışında da ikinci olduq. Lakin bu dəfə qızıl medal qazanmaq üçün mübarizə aparacağam”.
Qeyd edək ki, fərdi yarışlarda final oyunları sentyabrın 28-də keçiriləcək.