ain.az, Lent az portalına istinadən məlumat yayır.
Rusiyanın Perm diyarında 37 yaşlı qadın keçmiş ərinin evini qısqanclıq zəminində yandırmaqda şübhəli bilinərək saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisəni törədən qadın saxlanılıb.
İstintaqın məlumatına görə, qadın gecə vaxtı qısqanclıq səbəbindən keçmiş ərinin yaşadığı evi yandırıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürüb, lakin eyvan və dam örtüyünün bir hissəsi yanıb. Hadisə zamanı kişi evdə olmayıb.
Şübhəlinin barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır. İstintaq davam edir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.