RU

Krım çökür, Ukrayna məqsədinə yaxınlaşır – Bölgədə hərbi və iqtisadi infrastruktur böhranı

Rusiya tərəfindən işğal olunmuş Krımda rekord səviyyədə yanacaq çatışmazlığı müşahidə olunur. Yanacaqdoldurma məntəqələrində (YDM) benzin tükənib, sakinlər isə avtomobillərini işlətmək üçün daha ucuz, lakin keyfiyyətsiz A-92 markalı benzindən istifadə etməyə məcburdurlar.

Rusiya hakimiyyəti problemi neft emalı zavodlarının istehsalının azalması ilə izah edir. Lakin ekspertlər bildirirlər ki, əsas səbəb Ukrayna Silahlı Qüvvələrinin Rusiya neft zavodlarına dron hücumları və Krımda logistika çətinlikləridir.

Çatışmazlıq avqustda başlayıb: əvvəlcə Aİ-95 benzini yoxa çıxıb, qiymətlər bahalaşıb. Krımın qondarma “rəhbəri” Sergey Aksenov əhalini və turistləri “müvəqqəti çətinliklərə anlayışla yanaşmağa” çağırsa da, sentyabra keçdikdə vəziyyət daha da ağırlaşıb – bütün markalı yanacaqlar tükənib, bəzi YDM-lər bağlanıb.

Krım Yükdaşıma Assosiasiyasının rəhbəri Anatoli Çurkinin sözlərinə görə, dövlət müəssisələri minimum kuponlarla təmin olunur, özəl şirkətlər isə böyük zərərlərlə üzləşir. Bu, daşımaların və məhsul çatdırılmasının qiymətini kəskin artırır. 

O bildirir: “Əvvəlki logistika marşrutları artıq təhlükəlidir, alternativlər isə hazırlanmayıb. Bu, yükdaşıma biznesinə zərbə vurur və qiymətlərə təsir edəcək.”

Hüquq müdafiəçiləri qeyd edirlər ki, yanacaq böhranı əhalini ictimai nəqliyyata yönəldib. Lakin marşrut avtobusları doludur, taksilər gecikir, vəziyyət nəqliyyat sektorunu da iflic edir.

“Financial Times” yazır ki, Ukraynanın dron hücumları nəticəsində Rusiya yanacaq ixracı 2020-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. Avqustdan bu günədək 38 Rusiya neft zavodundan 16-sı zərbəyə məruz qalıb.

Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Dmitriy Pletençuk isə açıqlayıb ki, Rusiya hazırda Krım körpüsü vasitəsilə bölgəyə yanacaq çatdırır. Onun sözlərinə görə, bu, yalnız müvəqqəti çıxış yoludur və çatışmazlıq Krımdakı Rusiya hərbi birləşmələrinə də mənfi təsir göstərəcək.

Ekspertlərin qənaətinə görə, Krımda yanacaq böhranı təkcə əhalini deyil, həm də iqtisadi və hərbi strukturları təhlükə altına salıb. Logistika və istehsal problemləri birləşərək Rusiya hakimiyyətinin bölgəyə nəzarətini çətinləşdirir, iqtisadi itkiləri artırır və hərbi hazırlığı zəiflədir.

Çurkin xəbərdarlıq edir: “Əgər alternativ marşrutlar hazırlanmasa, böhran uzunmüddətli olacaq və Krımın həm iqtisadiyyatı, həm də hərbi infrastrukturu üçün ciddi nəticələr doğuracaq.”

AzPolitika.info

Избранный
15
1
hurriyyet.az

2Источники