RU

Putinin aylıq maaşı açıqlandı

Rusiya Federasiyasının dövlət və hökumət başçısının maaşları 1 oktyabr tarixindən etibarən inflyasiya göstəricisinə uyğun olaraq artırılıb.

"Cebheinfo.az" xəbər verir ki, Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşri rəsmi göstəricinin 7,6 % olduğunu xatırladır.

İki illik fasilədən sonra həyata keçirilən bu artım, Prezident Vladimir Putinin imzaladığı fərmanla qüvvəyə minib.

Dövlət başçısının maaşı ilk dəfə 2002-ci ildə 63 min rubl olaraq müəyyən edilmişdi və sonrakı illərdə müxtəlif faizlərlə artırılaraq bu gün aylıq təxminən 940 min rubl səviyyəsinə çatıb (təxminən 11 min ABŞ dolları).Eyni faiz artımı Baş nazir müavinləri, nazirlər, müxtəlif qurum rəhbərləri və digər federal vəzifəli şəxslərin maaşlarına da tətbiq olunacaq. 

Hökumətdən bu xərclərin maliyyələşdirilməsini təmin etməsi tələb olunub. Qərardan əvvəl, 1 oktyabr tarixindən etibarən dövlət qulluqçuları, diplomatlar, hərbi personal və digər ictimai sektor əməkdaşlarının maaşları da 7,6 % artırılmışdı.Digər tərəfdən, 2015–2018-ci illər arasında dövlət başçısı, baş nazir və digər yüksək vəzifəli şəxslərin maaşları 10% azaldılmış şəkildə ödənilmişdi.

Избранный
7
1
cebheinfo.az

2Источники