Astara rayonunun Ərçivan qəsəbəsində leysan yağışları güclü subasmaya səbəb olub.
Qəsəbə sakinlərinin Musavat.com-a verdiyi məlumata görə, təbii fəlakət nəticəsində 60-dan çox ev su altında qalıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasetmə qrupları cəlb olunub. Ərazidə təxliyə işləri aparılıb, 30-dan çox sakin təhlükəsiz əraziyə köçürülüb.