III MDB Oyunları çərçivəsində keçirilən stolüstü tennis yarışlarında fərdi görüşlərə start verilib.


Rekord.az xəbər verir ki, qızların fərdi yarışında Mərziyə Nurmətova özbəkistanlı rəqibi Məftunə Gulimovanı 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib.


Yağmur Məmmədli isə yarımfinalda rusiyalı rəqibi Alina İlimbetovaya uduzub – 1:3.


Azərbaycanın oğlan stolüstü tennisçiləri də fərdi yarışlarda finala yüksəliblər. Onur Quluzadə və Adil Əhmədzadə yarımfinalda uğurlu çıxış ediblər.