RU

Dünyanın ən yaxşı qapıçısı odur – Donnarummanın fikrincə

“Mançester Siti”nin qapıçısı Canluici Donnarumma dünya futbolunda ən yaxşı qolkiperin kim olduğunu açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, jurnalistin “özünüzü nəzərə almasaz, ən yaxşı qapıçı kimdir” sualına 26 yaşlı qolkiper qısa cavab verib:

“Yan Oblak”.

Donnarumma ötən günlərdə keçirilən “qızıl top” mükafatlandırma mərasimində ən yaxşı qapıçı adına layiq görülüb.

“Atletiko”nun formasını geyinən Yan Oblak da namizədlər sırasında olub, ancaq o, səsvermənin nəticələrinə görə yeddinci olub.

İtaliyalı qolkiper bu ilin sentyabrında PSJ-dən “Mançester Siti”yə transfer olunub. O, ötən mövsüm Paris klubunun tarixində ilk dəfə UEFA Çempionlar Liqasını qazanmasında mühüm rol oynayıb.

Избранный
28
sportinfo.az

1Источники