RU

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Maliyyə Nazirliyinin kollektivi Zəfər parkında olub, xatirə abidəsinin önünə gül dəstələri düzərək şəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar.

Nazirlikdən Operativ Media-ya bildirilib ki, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlamasından beş il ötür.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun şücaəti ilə Vətən müharibəsində əldə etdiyimiz parlaq Qələbə ölkəmizin hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi, Azərbaycanın ərazi bütövlüyü və bütün əraziləri üzərində dövlət suverenliyi bərpa olundu.

Bu gün xalqımız ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 Sentyabr - Anım Günü kimi qeyd edilir.

Избранный
3
2
operativmedia.az

3Источники