RU

Sizin riyakarlığınızı görürük, Peter Sibiqa

ain.az, GlobalInfo saytına istinadən bildirir.

“Macarıstan qonşu ölkələr arasındakı münaqişəyə qarışmayacaq”

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukrayna XİN başçısı Andrey Sibiqanın Macarıstan barədə sözlərinə cavab olaraq deyib.

O bildirib ki, ölkəsi heç bir münaqişəyə qarışmayacaq, lakin öz maraqlarını müdafiə etməyə davam edəcək.

“Mən Ukraynanın xarici işlər nazirinin məyusluğunu başa düşürəm: indiyə qədər bizi onların müharibəsinə cəlb edə bilməyiblər”, – Siyarto bildirib.

Xatırladaq ki, daha əvvəl Zelenski Ukrayna hava məkanının Macarıstana məxsus dronlarla pozulduğunu iddia edib. Buna cavab olaraq Siyarto onun ünvanına ağır ifadələr işlədərək Ukrayna liderini “olmayan şeyləri görməkdə” ittiham edib. Ukraynanın xarici işlər naziri isə Siyartonun bu sözlərinə münasibət bildirərək deyib:

“Biz çox şeyi görürük, Peter, həmçinin də sizin hökumətin riyakarlığını və mənəvi alçaldığını, onun Ukraynaya və bütövlükdə Avropaya qarşı açıq və gizlin işlərini, Kreml qarşısında yaltaqlığını. Sizin prezidentimizə göstərdiyiniz heç bir təzyiq bizim və eləcə də digərlərinin gördüklərini dəyişdirməyəcək”.

Aysel Əliyeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
globalinfo.az

1Источники