Auditorlar Palatasının kollektivi Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsini dərin ehtiramla anıb.
Auditorlar Palatasından XQ-yə bildirilib ki, parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzülüb.