RU

Məscidlərin qarşısına donuz başları atanlar haqqında ŞOK FAKTLAR 

Fransa istintaqı müəyyən edib ki, ölkədə məscidlərə qarşı təxribat hazırlayanların xarici ölkənin xüsus xidmət orqanları ilə əlaqələri müəyyən edilib.

Belə ki, bu şəxslərin Rusiya Baş Kəşfiyyat İdarəsinin (GRU) bir sıra təxribatlarla bağlı mümkün əlaqəsi var. Məqsəd isə cəmiyyətdə nifaq toxumu səpmək olub.

KONKRET.az xəbər verir ki, “Le Monde”nin xəbərinə görə, əməliyyatlara Serbiyada yerləşən bir şəxs rəhbərlik edib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, həmin şəxs may ayında Parisdə Holokost qurbanlarının xatirə abidəsinin, iki sinaqoqun və bir restoranın yaşıl boya ilə boyanmasını, həmçinin 8 sentyabr gecəsi Paris bölgəsindəki məscidlərin qarşısına doqquz donuz başının qoyulmasını təşkil edib. Bu şəxs barəsində artıq Avropa üzrə həbs orderi çıxarılıb.

Müstəntiqlər diqqəti GRU-nun 29155 saylı bölməsinə yönəldiblər — əvvəllər xaricdə diversiya və qətllərlə məşğul olmuş qrupa. 2020-ci illərin əvvəlində bu qrup general Andrey Averyanovun rəhbərlik etdiyi SSD-nin “xüsusi” idarəsinə daxil edilib. Nəşrin məlumatına görə, serb vasitəçi ilə əlaqə Telegram üzərindən saxlanılıb, icraçılar isə yerli serb vətəndaşları arasından seçiliblər.

İlk əməliyyat 31 may tarixində Parisdə Holokost Memorialının və sinaqoqların yaşıl boya ilə boyanması olub. 2 iyunda Antib şəhərində ölkədən çıxmağa cəhd göstərən üç serb şübhəli saxlanılıb və qısa müddət sonra abidələrin təhqir edilməsində ittiham olunublar. İkinci aksiya isə 8–9 sentyabr tarixlərində Paris bölgəsində doqquz məscidin qarşısına donuz başlarının qoyulması olub. Bəzi başların üzərinə anti-Makron şüarları yazılıb.

İstintaq Fransanın tərəfdaşları ilə — “Bern Klubu”na daxil olan 27 Aİ ölkəsinin, Norveç və İsveçrənin xüsusi xidmət orqanlarının dəstəyi ilə aparılır. İcraçılara bir neçə yüz avro ödənilib. Bu isə missiyanın aşağı prioritet daşıdığını və Moskvanın özünü məsuliyyətdən kənarda göstərmək imkanı əldə etdiyini göstərir.

Natiq Səlim

KONKRET.az

Избранный
25
1
konkret.az

2Источники