RU

Razılaşmağa yaxın idik, ABŞ müdaxilə etdi - Pezeşkian

İran və AB ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) İranın nüvə proqramı ilə bağlı razılığa gəlməyə yaxın idilər, lakin ABŞ müdaxilə etdi və Vaşinqtonun təzyiqi ilə Avropa ölkələri geri çəkildi.

Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

"Nyu Yorkda avropalılarla “snapback” (avtomatik sanksiya mexanizmi) haqqında danışanda biz razılığa olduqca yaxın idik, lakin sonra onlar amerikalılarla danışdılar və bəhanələr axtararaq fikirlərini dəyişdilər", - Pezeşkian söyləyib.

Избранный
18
2
axar.az

4Источники