RU

Paşinyan Ermənistan-Azərbaycan münasibətlərində dönüş yaranıbDEYİB

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanla Bakı arasında münasibətlərdə əhəmiyyətli dinamikanın olduğunu açıqlayıb.

Xezerxeber.az-ın məlumatına görə, o, bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında bildirib.

"Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə ratifikasiya edilib və ən yüksək hüquqi qüvvəyə malik olub", - o qeyd edib.

Paşinyan həmçinin vurğulayıb ki, tərəflər avqustun 8-də Vaşinqtonda paraflanan Sülh və Dövlətlərarası Münasibətlərin bərqərar olması haqqında Saziş üzrə razılığa gələ biliblər.

 
Избранный
31
9
xezerxeber.az

10Источники