RU

Qarabağ Universitetində 27 Sentyabr – Anım Gününə həsr olunan forum keçirilib

Qarabağ Universitetində Pedaqoji fakültənin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunan “Zəfər yolumuz” mövzusunda forum keçirilib. Forumda universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və qonaqlar iştirak ediblər.

“İki sahil” xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Forumun açılışında çıxış edən Qarabağ Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Fariz Əhmədov gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşdırılması baxımından tədbirin önəmindən danışıb.

Qarabağ müharibəsi mövzusunda tədqiqatçı, filologiya elmləri doktoru Mərziyyə Nəcəfovanın moderatorluğu ilə keçirilən forumun panel müzakirəsində I Qarabağ müharibəsi veteranı, Qarabağ Universitetinin Pedaqogika kafedrasının dosenti Tərlan Qarayev, 2016-cı il Aprel döyüşlərinin iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Ağasəmi Şahgəldiyev, Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun atası Aydın Həsənov, Vətən Müharibəsi Qəhrəmanı, mayor Zaur Hüseynov və 2023-cü il antiterror tədbirlərinin iştirakçısı, Qarabağ Universitetinin tələbəsi İlqar İsgəndərli çıxış ediblər.

Azərbaycanın müasir tarixinin şanlı səhifələri, xalqımızın qəhrəmanlıq nümunələri və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Sonda Qarabağ Universitetinin Pedaqoji fakültəsinin dekanı Kəklik Gözəlova çıxış edərək forumun təşkilində əməyi olanlara və iştirakçılara təşəkkürünü bildirib.

Qeyd edək ki, forum 27 Sentyabr – Anım Günü münasibətilə Qarabağ Universitetində nəzərdə tutulmuş silsilə tədbirlər çərçivəsində təşkil olunub.

Избранный
19
1
ikisahil.az

2Источники