RU

“Kəpəz” bu bazar günü “Turan”a 1 qol vursa...

Premyer Liqanın 6-cı turu Qərb derbisi ilə əlamətdar olacaq.

Sportinfo.az xəbər verir ki, “Turan Tovuz” “Kəpəz”lə qarşılaşacaq. Tovuz və Gəncə klubları Bakıdakı “Azersun Arena”da üz-üzə gələcəklər.

Bu komandalar 2022-ci ildən bəri Premyer Liqa çərçivəsində 12 dəfə üz-üzə gəliblər. Tovuzluların 8 qələbəsi fonunda gəncəlilər 3 qalibiyyət əldə ediblər. Top fərqində də böyük fərq var – 23:9.

“Kəpəz” bazar günkü görüşdə bir qol vursa, “Turan Tovuz”la matçlardakı qol sayını 10-a çatdıracaq. Ancaq statistika nominal meydan sahiblərini favorit göstərir.

Təsadüfi deyil ki, “Turan Tovuz” son 8 oyunun hamısında qol vura bilib. “Kəpəz” isə hələ də səfərdə qələbə qazana bilməyib.

“Turan Tovuz” 6 ev matçının hamısında aktivinə 3 xal yazdırıb. Üstəlik, “Kəpəz” indiyə qədər bu qarşılaşmaların yalnız birində qol vura bilib.

Gəncəlilər “Azersun Arena”da 3 illik tilsimi qırmaqla həm də cari mövsüm ilk xallarını qazanmağa çalışacaq.

Sentyabrın 28-də keçiriləcək “Turan Tovuz” – “Kəpəz” oyunu saat 16:30-da başlayacaq.

Избранный
31
sportinfo.az

1Источники