İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib.
Xezerxeber.az xəbər verir ki, Xiyaban bundan sonra Hərbi Memorial Məzarlıq adlanacaq.
Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov jurnalistlərə açıqlamasında bildirib ki, Vətən müharibəsinin beşinci ildönümü çərçivəsində Ali Baş Komandanın göstərişinə uyğun olaraq Hərbi Memorial Məzarlıqda genişmiqyaslı bərpa işləri həyata keçirilib.
Anar Eyvazov bildirib ki, Hərbi Memorial Məzarlıqda 44 günlük Vətən müharibəsini simvolizə edən 44 metrlik monumental abidə inşa olunub.
"Bu müqəddəs məkanı ziyarət edən hər bir vətəndaş şəhidlərin fədakarlığını hiss edəcək. Bizim irsimizi daim qəlbimdə qoruyacaq" - deyə Müdafiə Nazirliyinin rəsmisi əlavə edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.