RU

Paşinyan: “Azərbaycanla kommunikasiyaların açılması regionda sülhə və rifaha xidmət edəcək”

Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı Azərbaycanla münasibətlərə dair mühüm açıqlamalar verib.

Musavat.com-un məlumatına görə Baş nazir bildirib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən maneəsiz gediş-gəlişin təmin edilməsi həm Ermənistanın beynəlxalq mövqeyi, həm də daxili rabitəsi üçün qarşılıqlı fayda vəd edir.

Paşinyan xatırladıb ki, avqustun 8-də Vaşinqtonda imzalanan bəyannamə ilə iki ölkə daha parlaq gələcəyə aparan yolların müəyyən edilməsinin zəruriliyini qəbul ediblər:

“Mehriban qonşuluq münasibətləri üçün şərtlər nəhayət formalaşıb. Bu, dəyişdirilməz reallıqdır və iki xalq arasında düşmənçilik səhifəsini bağlamağa imkan verir.”

O əlavə edib ki, həmin sənəddə həm Ermənistan, həm də Azərbaycan rəhbərləri regionda və onun hüdudlarından kənarda sülh, sabitlik və rifahın təşviqi üçün ikitərəfli və beynəlxalq daşımaların açılmasının vacibliyini bir daha təsdiqləyiblər.

Musavat.com

Избранный
23
musavat.com

1Источники