RU

Paşinyan Ərdoğanla münasibətlərindən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı Türkiyə və Ermənistan arasında artan etimaddan danışıb.

Axar.az xəbər verir ki, bu barədə “ArmenPress” məlumat yayıb.

“Prezident Ərdoğanla (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan) mənim aramda davamlı olaraq etimad səviyyəsi artır”, – deyə baş nazir bildirib.

Paşinyan Ankara ilə aparılan müntəzəm dialoqları müsbət adlandırıb. Həmçinin yaxın gələcəkdə diplomatik münasibətlərin qurulması və sərhədlərin tam açılması kimi müsbət nəticələr verəcək hadisələrin olacağına da əmin olduğunu vurğulayıb.

Избранный
22
19
axar.az

10Источники