Güclü leysan yağışları Gürcüstanın Laqodexi bölgəsində bir sıra fəsadlar törədib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, leysan Laqodexi Bələdiyyəsinin kəndlərində daşqınlara səbəb olub.
Təbii fəlakətdən daha çox Verxvismindori, Uzuntala və Gəncə kəndləri zərər çəkib.
Hadisə yerinə müvafiq xilasetmə xidmətləri və şəhər meriyasının əməkdaşları səfərbər edilib.
Qeyd edək ki, Gürcüstanın bu ərazilərində əsasən azərbaycanlılar yaşayır.