RU

Şəhidlərin əziz xatirəsi Beyləqan rayonlarında ehtiramla anılıb - FOTO

Vətən uğrunda canlarını qəhrəmancasına fəda etmiş şəhidlərimizin xatirəsi  Beyləqan rayonunda da ehtiramla anılıb.


Pataxt.org xəbər verir ki, 27 Sentyabr- Anım Günü münasibətilə keçirilən tədbirin iştirakçıları əvvəlcə  Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər. Sonra Şəhidlər xiyabanı ziyarət olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb.


Beyləqan Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, idarə, müəssisə və təşkilatların kollektivlərinin, şəhid ailələrinin, qazilərin, hərbçilərin və yüzlərlə ictimaiyyət nümayəndəsinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərin məzarları ziyarət olunub, üzərlərinə gül dəstələri düzülərək xatirələri ehtiramla yad edilib.


Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov bildirib:


"Azərbaycan xalqının qəhrəman övladları öz igidliyi, rəşadəti və Vətən sevgisi ilə ölümsüzlüyə qovuşublar. Onların qanı ilə yazılmış qəhrəmanlıq dastanı xalqımızın yaddaşında əbədi yaşayacaq. Hər bir şəhid Azərbaycan xalqının azadlığı, müstəqilliyi və gələcəyi naminə igidlik simvoludur. Bizim müqəddəs borcumuz onların əziz xatirəsini daim yaşatmaq, gələcək nəsillərə ötürməkdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər, bu gün dövlət səviyyəsində qeyd olunan Anım Günü, şəhidlərimizə olan sonsuz hörmətin və xalqımızın birlik iradəsinin təntənəsidir..."


Mərasimdə iştirak edən ictimaiyyət nümayəndələri şəhidlərimizin ruhuna rəhmət, qazilərimizə isə şəfa diləyərək, onların qəhrəmanlığının daim qəlblərdə yaşayacağını vurğulayıblar.


Избранный
185
paytaxt.org

1Источники