RU

Bunun izahını tapa bilmirik Samir Abasov

Qol.az saytına istinadən ain.az xəbər verir.

"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 6-cı turunda "Karvan"la 0:0 hesablı heç-heçə etdikləri oyundan danışıb. 

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: 

- Bu vaxta kimi bir epizod vermədən, qol vura bilməyib itirdiyimiz xallar, həqiqətən, üzücüdür. Bu gün daha çox üzücüdür. Son oyunlara baxsaq, bu qədər templi, dinamik oyun görməmişdim. Futbolçulardan çox razıyam. Xal itirsək də, belədir. Üzücüdür, biz daha çox üzülürük. Futbolun maraqlı tərəfi odur ki, bu qədər epizod yaradırsan, ancaq qol vura bilmirsən. Müdafiəyə oturmuş rəqibə qarşı oynadıq. Dərsliklərdə nə tələb olunursa, hər şeyi etdik. Uzaqdan zərbələr, cinahlardan hücumlar... Arxaya oturmuş komandaya qarşı etməli olacağınız hər şeyi etdik. Bəxtsizlik... O qədər üzülürüksə, bunun izahını və cavabını tapa bilmirik. Bundan sonra da belə oynamalıyıq. Qollar gələcək. Son oyundan sonra ümidliydik ki, tilsim qırılır. O qədər epizodlara girdik. Digər oyunlara baxırıq, küncdən zərbədən ötürmə verilir, qol olur. İzahı olmayan mətbuat konfransıdır. Söz tapa bilmirəm.

- İmad Farac sanki köhnədən zədə alıb və çox mübarizəyə girmir. Aqressivliyi çatmır...

- Zədəsi var idi. Amma səbəb bu deyil. Faracı tanıyırıq, məşqlərdə xarakterli, aqressivdir. Cərimə etmək qorxusu var idi. Çünki hər foul bizə tərəf olan cərimə zərbəsi ilə yekunlaşırdı. Oyunçularımız da bunu başa düşürdü. Bəlkə, ona görə kontakta girmirdilər. Düşünmürəm ki, zədədən qorxusu var.

- Bitirici hücumçunuz yoxdur. Bunu hiss edirsiniz?

- Komanda ətrafında forvard məsələsi çox danışılır. Bu gün vingerlərimiz, digər oyunçularımızın girdiyi epizodlar qol olsaydı hücumçunun olmaması məsələsini kölgəyə salardı. Müdafiəçilərimiz də qol epizodları yaradır. Təbii ki, bu problemin olduğunu bilirik. Buna baxmayaraq, Bassala Sambuya və Ağadadaş Salyanskiyə ümidimiz çoxdur. Komanda şəklində qollar vursaq, bu söhbətlər bitər. Seleksiya komandamız isə təkcə hücumçu yox, ümumiyyətlə daim axtarışdadır. 

- Bir neçə turdur ki, "Neftçi"yə qarşı kobud hakim səhvlər var idi. Klubun hər etirazından sonra sanki daha da çoxalır və hakimlərdə sizə qarşı antipatiya yaranır. Bu haqda fikriniz necədir?

- Bu oyunun içində idim. Çox üzülmüşəm. Nə cavab verəcəyimi bilmirəm. Hakimliklə bağlı 3-4 turdur danışıram.

- Vensan Abubakar mövzusu nə dərəcədə realdır?

- Onun hansı səviyyədə oyunçu olduğunu bilirsiniz. Söhbətlər getmədiyini deyə bilmərəm. Hətta 1-2 forvard da var ki, onlarla danışıqlar gedir. Ümid edirik ki, söhbətlərin sonluğu yaxşı bitər. Söhbətlər gedir. Amma futbolçu bura gəlib müqavilə imzalayıb, yeni komandasının formasında fotosu yayılmayınca, nəsə demək tezdir.

- Bu gün çox sakit görünürdünüz. Özünüzü hazırlamışdınız?

- Komandanın özü səbəb yaratmırdı ki, nəsə emosiya göstərim, hər şey qaydasında gedirdi. Futbolçular yaxşı futbol oynayırdı. Çılğınlığım nəyi dəyişə bilərdi? Sakitçiliyin səbəbi bu idi. Hakim nəinki oyunu, məni də susdurdu. Oyunu bu qədər saxladı. 

- Metyu İfeanyi transferi açıqlandı. 7 aydır ki, oyanmır. Nə vaxt hazır olacaq?

- Bunu bilirdik. Onun son klubu "Sürix"dir. O, fərdi məşqlər edib. Komanda şəklində məşqlərdən uzaq olduğu üçün ritmdən çıxır. Dəqiq gün deyə bilmərəm. Kimisə 5 günə, kimisə 10 günə formaya düşə bilər. İnanırıq ki, milli fasilələr zamanı onu hazır duruma gətirmək imkanımız olacaq. 

- Yayda transfer edilən futbolçular arasında narazı qaldığınız, gözləntiləri qarşılamayan oyunçular var? Məsələn, Varqas, Kurçi...

- Varqası tərifləyirəmsə, çoxları da tərifləyir. Ondan istədiklərimizi edir. Biz bu günləri Varqasdan danışırıqsa, deməli ona və digər oyunçulara da vaxt lazımdır. Əsla və əsla heç bir futbolçudan narazılığımız yoxdur. Onları anlayırıq. Daha yaxşı işlər görmək potensialları var. (sportal.az)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
4
qol.az

6Источники