Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın Baş naziri Pedro Sançeslə telefon danışığı aparıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, görüşdə Türkiyə-İspaniya münasibətləri, regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan İsrailin Qəzzaya qarşı hücumlarını dayandırmaq və humanitar yardımların çatdırılmasını təmin etmək üçün səylərin davam edəcəyini bildirib.
O həmçinin. Netanyahunun sülhü sabotaj etməsinin qarşısının alınmasının vacib olduğunu vurğulayıb.