İspaniya La Liqasında VII turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında Madrid derbisi baş tutub. Meydan sahibləri olan "Atletiko" gərgin keçən qarşılaşmada "Real"ı 5:2 hesabı ilə məğlub etməyi bacarıb.
Qeyd edək ki, "Real" 7 turdan sonra 18 xalla 1-ci, "Atletiko" isə 12 xalla 4-cü pillədə yer alıb.
İspaniya La Liqası
VII tur
"Atletiko" - "Real" 5:2
Qollar: R.Le Normand,14, A.Sörlot,45+3, J.Alvares,51(pen), 63, A.Qrizmann,90+3, - K.Mbappe,25, A.Güler,36
saytlarin hazirlanmasi