Norveçin Erlann hərbi bazasının yaxınlığında naməlum PUA-lar peyda olub.
Axar.az xəbər verir ki, bu barədə NRK telekanalı məlumat yayıb.
Məlumata görə, məsələ ilə bağlı araşdırma aparılması üçün təhlükəsizlik xidmətləri cəlb olunub.
Qeyd edək ki, F-35 təyyarələri Erlann aerodromunda yerləşir.