1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İsrail ordusu Qəzza şəhərinin böyük hissəsinə nəzarəti ələ keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Jerusalem Post" mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza şəhərinin yarısından çoxuna nəzarət edir və 800 min sakin həmin ərazini tərk edib. SAXAL-ın son günlər Qəzza şəhərinə endirdiyi zərbələrin miqyasını genişləndirdiyi vurğulanır.
İsrail ordusunun nümayəndəsi bildirib ki, İsrail Hərbi Hava Qüvvələri son sutka ərzində Qəzza zolağında 120 radikal hərbi obyektə hücum edib. Ofis həmçinin əlavə edib ki, SAXAL bütün zolaqda terror təşkilatlarına qarşı fəaliyyətini davam etdirir və Qəzza şəhəri ərazisində əməliyyatları genişləndirir.