RU

“Bakı Metropoliteni” QSC-də “İctimai nəqliyyatda süni intellektin tətbiqi” üzrə təlim keçirilib

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 23–25 sentyabr tarixlərində “İctimai nəqliyyatda süni intellektin tətbiqi” mövzusunda təlim təşkil olunub. 

XQ xəbər verir ki, Beynəlxalq İctimai Nəqliyyat İttifaqı (UITP) ilə əməkdaşlıq çərçivəsində baş tutan təlimin əsas məqsədi süni intellekt texnologiyalarının ictimai nəqliyyatda, xüsusilə metro sistemində tətbiqi imkanlarını araşdırmaq, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və innovativ, insanyönümlü, ekoloji və texnoloji cəhətdən dayanıqlı metro modelinə keçidə töhfə vermək olub.

UITP-nin beynəlxalq sertifikatlı təlimçiləri tərəfindən keçirilən təlimlər iştirakçıların sahə üzrə bilik və bacarıqlarının artırılmasına yönəlmiş həm nəzəri, həm də praktik sessiyaları əhatə edib.
Təlimdə süni intellektin sərnişin axınının effektiv idarə olunması, enerji və resursların optimallaşdırılması, təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsi, texniki nasazlıqların öncədən aşkar olunması və sərnişin məmnunluğunun artırılması kimi istiqamətlərdə rolu xüsusi vurğulanıb.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib. 

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC fəaliyyətində texnoloji və innovativ həllərin tətbiqini prioritet hesab edir və bu istiqamətdə beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi, eləcə də kadr potensialının gücləndirilməsini davam etdirir.

Избранный
9
1
xalqqazeti.az

2Источники