Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan ABŞ-la əldə olunan razılıqlardan danışıb.
Fidan hər iki ölkənin sanksiyaların aradan qaldırılmasında istəkli olduğunu vurğulayıb.
“Geniş diplomatik fəaliyyət həyata keçirdik. CAATSA (ABŞ-ın sanksiyalar vasitəsilə düşmənlərə qarşı mübarizə qanunu) sanksiyalarının ləğvi ilə bağlı razılıq əldə olundu. Prioritetimiz Qəzzada atəşkəsin ən qısa zamanda təmin olunmasıdır”, - nazir bildirib.
APA
Tarix: 28 Sentyabr 2025, 00:08