RU

"Heç vaxt özümü nə dahiyanə, nə də şeytani hiss etməmişəm"

Joze Mourinyo bildirib ki, özünü heç vaxt dahi kimi hiss etməyib.

Sportal.az xəbər verir ki, "Benfika”nın baş məşqçisi UEFA-ya müsahibəsində bunları qeyd edib:

“Baş məşqçi eyni DNT ilə doğulur və ölür, onun seçimi yoxdur. Amma şəxsiyyət kimi dəyişə bilər. Ola bilsin, əvvəllər daha çox özüm haqqında düşünürdüm, indi isə dəyişmişəm.

Mən indi futbolla daha çox oyunçularıma kömək etmək üçün məşğul oluram, nəinki bir-iki il, yaxud üç ildən sonra mənimlə nə baş verəcəyini düşünmək üçün. Bu, təbii bir dəyişikdir və məni məşqçi kimi korlamır, amma şəxsiyyət kimi başqa tərəfdən açır.

Özümü daha güclü hiss edirəm, əvvəlkindən daha yaxşı məşqçi olduğumu düşünürəm. Təcrübə toplandıqca baş məşqçi də inkişaf edir. Karyeramda elə oyunlar olub ki, qalib gələcəyimi hiss etmişəm. Çünki bəzən düzgün ideyalar, qərarlar, strategiyalar tapırsan. Bu, bəzən oyundan əvvəl, bəzən isə oyun zamanı baş verir.

Amma mən özümü heç vaxt dahi kimi hiss etməmişəm. Ola bilsin, bir az təhrikçiyəm, amma heç vaxt özümü nə dahi, nə də şeytan kimi hiss etməmişəm".

saytlarin hazirlanmasi

Избранный
4
1
sportal.az

2Источники