RU

Ərdoğan Trampla Ukraynadakı münaqişəni müzakirə edib - Hakan Fidan

Bakı. Trend:

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və DonaldTramp arasında sentyabrın 25-də Vaşinqtonda keçirilən danışıqlardadigər məsələlərlə yanaşı, Ukraynada münaqişənin sülh yolu ilənizamlanması istiqamətində birgə addımların atılması məsələsi dəgündəmə gətirilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziriHakan Fidan bildirib.

"Prezidentimiz Fələstin məsələsini qaldırdı. O, bu məsələlərinbizim üçün əhəmiyyətini xüsusilə vurğuladı. Ən əsası Qəzzazolağında atəşkəsin dərhal bərqərar olması, eləcə də İsrailinbölgədəki ekspansionist siyasəti ilə bağlı risklərdir", - deyənazir qeyd edib.

Onun sözlərinə görə, görüş zamanı Suriyanın ABŞ-la münasibətləriilə bağlı gündəmdə olan məsələlər müzakirə edilib.

"Bütün ölkələr Suriyanın ərazi bütövlüyünü və siyasi birliyiniqoruyub saxlaması ilə razılaşır", - deyə H.Fidan əlavə edib.

Избранный
16
az.trend.az

1Источники