RU

"Kayzerslautern" Mahir Emrelini tamamilə “hesabdan sildi”

Almaniya II Bundesliqasında VII turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" səfərdə "Paderborn"un qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Mahir bu matçın iştirakçısı olmayıb. 28 yaşlı hücumçunun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

7 turdan sonra 12 xal toplayan "Kayzerslautern" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Избранный
19
sportinfo.az

1Источники