RU

İsraillə Fələstin arasında müharibənin bitməsi məsələsində qlobal konsensus yaranıb – London

Qlobal birlik İsrail və Fələstin arasında müharibənin dayandırılmasının zəruriliyi ilə bağlı konsensusa gəl ir.Musavat.com xəbər verir ki, bu fikri Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirak etdiyi Nyu-Yorkdan qayıdarkən bildirib: "Mən hiss edirəm ki, konsensus yaranır, real, güclü konsensus, sülhlə bağlı BMT-də real enerji və qətiyyət var. Düşünürəm ki, biz dünyanın bu müharibəni bitirmək istədiyi bir nöqtəyə çatmışıq".

Kuper izah etdi ki, bu, “yalnız dərhal atəşkəslə bağlı deyil, gələcək üçün düzgün plandır”. Eyni zamanda Britaniya diplomatiyasının rəhbəri Böyük Britaniyanın keçmiş baş naziri (1997-2007) Toni Bleyerin təklif etdiyi plana xüsusi dəstək ifadə etməyib. Britaniya mediasının daha əvvəl xəbər verdiyi kimi, o, İsrailin hərbi əməliyyatı başa çatdıqdan sonra Qəzza zolağının beynəlxalq keçid idarəetmə orqanına rəhbərlik etməyə ümid edir6 "Tony Bleyr bu prosesə öz təkliflərini verən insanlardan biri idi və bu, həqiqətən də vacib idi, lakin bir çox başqa təkliflər də var idi. Hələ çox böyük iş görülməlidir".

Musavat.com

Избранный
33
1
musavat.com

2Источники