Bundesver "soyuq müharibə"dən bəri Hamburqda NATO-nun ən böyük "Red Storm Bravo" təlimini başa çatdırıb.
Redaktor.az xəbər verir ki, bu barədə NDR teleradio şirkəti məlumat yayıb.
Həmçinin bildirilib ki, sentyabrın 25-dən 27-dək baş tutan təlimdə NATO qüvvələrinin alyansın şərq cinahına Baltikyanı ölkələrdə yerləşdirilməsi praktikası nəzərdə tutulub.
"Bundesver üç gün ərzində Hamburqda NATO-nun "Red Storm Bravo" təlimi keçirib. Şənbə günü axşam "soyuq müharibə"dən bəri ən böyük müdafiə manevri başa çatıb", - məlumatda deyilir.
Almaniya hökumətinin sözçüsü Ştefan Konelius ölkəsinin Polşa hava məkanına pilotsuz təyyarələrin müdaxiləsindən sonra NATO-nun şərq sərhədlərində hərbi varlığını gücləndirəcəyini açıqlayıb.