RU

Hacıqabulda QƏZA - Xəsarət alanlar var

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsində bir neçə nəfər xəsarət alıb.


Manset.az  "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, iki avtomobilin toqquşması nəticəsində Sabirabad rayonunun Qasımbəyli kənd sakini, 1965-ci il təvəllüdlü Mehman Gəray oğlu Musayev, Ağdərə rayon sakini, 1973-cü il təvəllüdlü Hamlet Musa oğlu Cəfərov və Ağdam sakini, 1985-ci il təvəllüdlü Elşən İsmiəli oğlu Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hadisə yerinə təcili-tibbi yardım stansiyasının əməkdaşları cəlb olunsa da, yaralılar yardımdan imtina ediblər.

Faktla bağlı araşdırma aparılır.

Избранный
18
15
manset.az

10Источники